Zaxarova: Ukrayna Suriyadakı terrorçularla əlaqə saxlayır

Zaxarova: Ukrayna Suriyadakı terrorçularla əlaqə saxlayır backend

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukrayna hakimiyyəti uzun müddətdir terror təşkilatları ilə əlaqələr saxlayır.

Qaziler.az xəbər verir ki, Rusiya XİN rəsmisi bu haqda şəxsi teleqram kanalında müvafiq məzmunlu yazı paylaşıb.

Belə ki, diplomat Türkiyənin “Aydınlık” qəzetində Kiyevlə “Həyat Təhrir əş-Şam” nümayəndələri arasında aparılan danışıqlarla bağlı yazıya münasibət bildirib. Nəşrin məlumatına görə, təmasların məqsədi strukturun üzvlərini Moskvaya qarşı əməliyyatların keçirilməsinə cəlb etmək olub.

"Kiyev rejimi uzun müddətdir ki, terror qruplaşması ilə əlaqə saxlayır: Rusiya vətəndaşlarına qarşı terror hücumlarında iştirak, informasiya və texnologiya mübadiləsi, "yad bayraq" taktikalarından istifadə...", - Zaxarova vurğulayıb.

Zaxarova Ukraynanın terror təşkilatları ilə əməkdaşlığının böyük problem olduğuna diqqət çəkib: “Bu ölkə özü də oxşar struktura çevrilib, onun arxasında ənənəvi olaraq Vaşinqton və London dayanır”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi fikirlərini yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora