Bakı ilə saziş layihəsində 13 maddə və ön söz artıq razılaşdırılıb - Paşinyan

Bakı ilə saziş layihəsində 13 maddə və ön söz artıq razılaşdırılıb - Paşinyan backend

“Azərbaycanla sülh sazişi layihəsində 13 maddə və ön söz artıq razılaşdırılıb”.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan “Yerevan Dialogue” beynəlxalq forumunda çıxışı zamanı bildirib.

Daha əvvəl məlumat verildiyi kimi, sənəd ümumilikdə 16 bənddən ibarətdir. Onlardan üçü üzrə razılıq yalnız qismən əldə olunub, -Paşinyan aydınlıq gətirib.

“Sülh müqaviləsi layihəsinin 13 maddəsi və ön sözü tam razılaşdırılıb, 3 maddə qismən razılaşdırılıb, hərfi mənada iki cümlədən ibarətdir. Biz razılaşdırılmış maddələrin tezliklə imzalanmasını təklif edirik”, - deyə baş nazir bildirib.

QAZİLER.AZ

Diaspora