İrəvandakı Qarabağ separatçılarının "nümayəndəliyi" bağlanmalıdır.
Trend xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.
Erməni spiker qondarma rejimin “hakimiyyətini” tanınmamış “respublika”nın ləğvində ittiham edib.
Simonyan əlavə edib ki, onlar mütəmadi olaraq həmin "Artsax" nümayəndəliyində görüşlər təşkil edərək məsuliyyəti ört-basdır etməyə çalışırlar.
"Düşünürəm ki, bu binanın gələcəkdə hansı məqsəd üçün istifadə ediləcəyini yenidən nəzərdən keçirməliyik. O, bu cür məqsədlərə xidmət etməməlidir", - Simonyan vurğulayıb.