Serbiya prezidenti Aleksandr Vuçiç BRİCS sammitində iştirak etmək üçün rusiyalı həmkarı Vladimir Putindən dəvət aldığını bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.
Respublika başçısının qeyd etdiyi kimi, Kazanda keçiriləcək tədbir 2024-cü il oktyabrın 23-24-nə planlaşdırılıb. Bu zaman Belqrada xaricdən “vacib qonaqlar” gəlməlidir. Bundan başqa, Vuçiç bir sıra əhəmiyyətli səfərləri var.
“Ona görə də biz bu barədə (BRİKS sammitinə dəvəti) oktyabrın 10-a kimi danışacağıq”, - prezident jurnalistlərə açıqlamasında deyib.
Bununla yanaşı, Serbiya lideri Putinə və BRİKS üzvlərinə sammitə dəvətə görə minnətdarlığını bildirib.
QAZİLER.AZ