"Avstriya ATƏT-ə ev sahibliyi edən dövlət kimi Ukrayna üzrə danışıqlar məkanına çevrilməyə hazırdır".
Qaziler.az xəbər verir ki, bunu Avstriyanın kansleri Karl Nehammer “X” sosial şəbəkəsində bildirib. O əlavə edib ki, istənilən danışıqlar ilkin şərt olmadan və bərabər şərtlərlə aparılmalıdır.
“Avstriya beynəlxalq hüquqa əsaslanan ədalətli və davamlı sülhü dəstəkləməyə və ATƏT-ə ev sahibliyi edən ölkə kimi danışıqlar üçün xidmət göstərməyə hazır olacaq”, - siyasətçi yazıb.
QAZİLER.AZ