ABŞ Yaponiyaya Şimali Atlantika Alyansının (NATO) Asiya-Sakit Okean regionuna nəzarət etmək üçün nəzərdə tutulmuş şərq qolunun rolunu təyin edir.
Qaziler.az bildirir ki, bunu “Rossiyskaya qazeta”ya açıqlamasında Rusiya Federasiyası prezidentinin köməkçisi Nikolay Patruşev deyib.
“Birləşmiş Ştatlar Asiya-Sakit Okean regionuna nəzarət etmək üçün Yaponiyanı batmayan böyük bir təyyarə gəmisinə çevirdi. Honsyu və Okinavanı hərbi bazalarla doldurdular. Bu ölkəyə NATO-nun şərq qolunu idarə etmək rolu həvalə edildi”, - o deyib.
Patruşev bildirib ki, hazırda Yaponiya müstəqil şəkildə nüvə silahı və qitələrarası ballistik raketlər istehsal edə bilər.
QAZİLER.AZ