Üç seçki məntəqəsində aparılan müşahidələrimizdə gördük ki, seçicilər çox rahat səs verirdilər.
"Report" xəbər verir ki, bu fikirləri Pakistan Senatının üzvü Afnan Ullah Xan sentyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, seçki prosesi çox yaxşı təşkil olunmuşdu:
"Demokratiya bütün ölkələrin inkişafı baxımından önəmlidir. Ümid edirik ki, Azərbaycanda demokratik proses bundan sonra da davam edəcək".