30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində parlament seçkiləri keçirilir. Ötən illərin müsbət təcrübəsinə uyğun olaraq Ombudsman Aparatı öncədən təsdiqlənmiş təqdim planına uyğun şəkildə Mərkəzi Seçki Komissiyası ilə birgə Azərbaycanın bütün ərazisində geniş maarifləndirmə tədbirləri təşkil edib.
QAZÌLER.AZ AZƏRTAC-a istinaden xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva deyib.
“Həmçinin işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, monitorinqlər keçirilib və seçkiyə hazırlıq prosesi diqqətdə saxlanılıb. Əksər seçki məntəqələrində veb-kameralar, panduslar quraşdırılıb, gözdən əlil vətəndaşlar üçün brayl əlifbası ilə çap olunan bülletenlər təqdim edilir”.