“Azərbaycandakı seçkilər Türk dünyasının güclənməsinə töhfə verəcək”

“Azərbaycandakı seçkilər Türk dünyasının güclənməsinə töhfə verəcək” backend

“Sentyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri bütün dünyanın diqqət mərkəzindədir. Hesab edirəm ki, seçkilər beynəlxalq standartlara uyğun keçirilir və Azərbaycanın demokratik ənənələrinin inkişafına mühüm töhfə verəcək”.

QAZÌLER.AZ  Publika.az-a istinaden xəbər verir ki, bunu  Tarix üzrə Araşdırmalar Mərkəzinin (TARSAM) rəhbəri, türk tarixçi Naci Yengin deyib.

O bildirib ki, Azərbaycandakı parlament seçkiləri Türk dünyasında münasibətlərin inkişafına, bağların güclənməsinə müsbət təsir edəcək:

“Azərbaycan Türk Dövlətləri Təşkilatının üzvü kimi Türk dünyasında münasibətlərin inkişafında önəmli rol oynayır. Bu baxımdan, Azərbaycandakı seçkilər bütün Türk dünyasında yaxından izlənilir. Hesab edirəm ki, sentyabrın 1-də keçiriləcək seçkilər həm Azərbaycanın demokratik ənənələrinin daha da möhkəmlənməsinə, həm ölkənin inkişafına, həm də bütün Türk dünyasında bağların güclənməsinə mühüm töhfə verəcək”.

Parlament seçkilərinin Qarabağda və Şərqi Zəngəzurda da keçirilməsini tarixi hadisə adlandıran tarixçi qeyd edib ki, Azərbaycanın demokratik ənənələri sentyabrın 1-də səsvermə prosesinin şəffaf olacağına əminlik yaradır.

Diaspora