Türkiyənin Zəfər Bayramı münasibətilə Bakıdakı Türk şəhidliyi abidəsi ziyarət edilib.
Apa xəbər verir ki, ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, səfirlik nümayəndələri və bir sıra vəzifəli şəxslər iştirak edib.
Əvvəlcə şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.
Daha sonra Türk şəhidliyi və Şəhidlər xiyabanı ziyarət edilib, abidənin önünə əklil qoyulub, tər qərənfillər düzülüb.
Qeyd edək ki, 1922-ci ilin 30 avqustunda Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı altında qazanılan qələbə Türkiyədə Zəfər Bayramı kimi qeyd olunur.