ABŞ prezidenti Co Baydenin administrasiyası İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına qaytarmaq barədə dövlət başçısının seçki vədini yerinə yetirməkdə aciz olduğunu təsdiqləyib.
Qaziler.az xəbər verir ki, bunu Rusiya XİN-in mətbuat xidməti Mariya Zaxarova deyib. Diplomat qeyd edib ki, Vaşinqtonda bu mövzuda siyasi çaşqınlıqlar davam edir.
Belə ki, Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ İranın nüvə imkanlarını cilovlamaq üçün danışıqlar yolu ilə həlli ən yaxşı variant kimi nəzərdən keçirməkdə davam edir. Eyni zamanda, Vaşinqton hesab edir ki, Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etmək istəməməsi və onun gərginlik yaradan addımlar atması diplomatik səyləri puça çıxarır.
“Başqa sözlə, Vaşinqton danışıqlardan imtina etdi və bir daha bəyan etdi ki, qeyd olunan razılaşmaların həyata keçirilməsi üzərində işləmək niyyətində deyil”, - Zaxarova əlavə edib.
QAZİLER.AZ