Seneqal Ukraynadakı münaqişə ilə bağlı mövqeyini açıqlayıb

Seneqal Ukraynadakı münaqişə ilə bağlı mövqeyini açıqlayıb backend

Seneqalın Afrika inteqrasiyası və xarici işlər naziri Yasin Fall Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqları zamanı ölkəsinin Ukrayna münaqişəsində neytral olduğunu bildirib.

Qaziler.az bildirir ki, onun sözlərini TASS sitat gətirib.

O, həmçinin qeyd edib ki, Seneqal münaqişənin dialoq yolu ilə həllinin tərəfdarıdır.

Bundan əlavə, Yasin Fall Rusiya ilə münasibətlərin dostluq və qardaşlıq münasibətləri olduğunu bildirib.

QAZİLER.AZ

Diaspora