İran Qəzzada HƏMAS-ı dəstəkləyəcəyinə SÖZ VERİB

İran Qəzzada HƏMAS-ı dəstəkləyəcəyinə SÖZ VERİB backend

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Fələstinin HƏMAS qrupuna davamlı dəstəyini təsdiqləyib və İranın Qəzzada HƏMAS üçün məqbul olan istənilən atəşkəs razılaşmasını dəstəkləyəcəyini bildirib.

Qaziler.az xəbər verir ki, məlumatı “Tasnim”  yayıb.

HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Həyya telefon danışığında Qəzza zolağında atəşkəs danışıqlarının gedişi barədə İranın xarici işlər nazirinə məlumat verib.

HƏMAS-ın sözçüsü İranın Fələstinə davamlı dəstəyini də yüksək qiymətləndirib. Əraqçi bildirib ki, İranın yeni administrasiyası Fələstin xalqını qətiyyətlə dəstəkləməyə davam edəcək.

“Sonda Əraqçi əminliklə vurğulayıb ki, son qələbə Fələstin xalqına məxsusdur”, - İran mediası yazıb.

QAZİLER.AZ

Diaspora