İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Qendelman bildirib ki, İsrail nümayəndə heyəti avqustun 28-də Qətərə səfər etməyi planlaşdırır.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, nümayəndə heyəti 2023-cü il oktyabrın 7-də İsrailə hücumdan sonra HƏMAS yaraqlıları tərəfindən əsir götürülən girovların azad edilməsinə dair saziş üzrə vasitəçilərlə danışıqları Dohada davam etdirməyi planlaşdırır.
QAZİLER.AZ