Azərbaycanın Xarici İşlər Nazirliyi bu gün Pakistanın cənub-qərbində baş vermiş terror hücumuna münasibət bildirib.
Qaziler.az xəbər verir ki, bununla bağlı məlumat Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında yer alıb.
Məlumatda onlarla insanın ölümünə səbəb olan terror aktına dair xəbərin dəhşətverici olduğu bildirilir.
“Biz terror təhlükəsinin bütün forma və təzahürlərini şiddətlə pisləyir, bu dəhşətli hücumun qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verir və qardaş Pakistan İslam Respublikası ilə möhkəm həmrəy olduğumuzu bildiririk”, - deyə paylaşımda qeyd olunur.