Gürcüstanda keçiriləcək seçkilərdən sonra ölkə parlamenti birpartiyalı sistemə keçə bilər.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
"Parlament demokratik şəkildə seçiləcək. Moldova parlamenti bu gün praktiki olaraq birpartiyalıdır, lakin bu barədə heç kim danışmır. Eyni şey Gürcüstanda da olacaq. Milli Hərəkat və bir sıra digər partiyaların konstitusiyaya zidd elan edilməsinə görə növbəti çağırış parlamentin birpartiyalı olması problemi yoxdur", - o bildirib.