Azərbaycan tarixi qərar verdi - 30 illik taktika dəyişir?

Azərbaycan tarixi qərar verdi - 30 illik taktika dəyişir? backend

Azərbaycanın BRİKS-ə üzvlük üçün müraciət etməsi geniş müzakirələrə səbəb olub.

Prosesin Çinlə əlaqələrin möhkəmləndirilməsi fonunda baş verməsi diqqət çəkir. Bu baxımdan BRİKS-ə üzvlük Bakının Pekinlə münasibətlərinin daha da yaxşılaşdırılması kimi dəyərləndirilir.

Azərbaycanın Şərq Blokunda təmsilçiliyini aktivləşdirməsi geopolitik balansa necə təsir göstərəcək? Bu, Bakını Qərb üçün daha vazkeçilməz edəcək, yoxsa hədəfə çevirəcək?

QAZÌLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, politoloq Qabil Hüseynli  açıqlamasında Azərbaycanın uzun illərdir balans siyasəti yeritdiyini bildirib.

“Bu siyasətin əsasını Ulu Öndər Heydər Əliyev qoyub, Prezident İlham Əliyev də hakimiyyəti boyu ona sadiq qaldı. Bu gün balans prinsipi dövlət siyasətinin əsasını təşkil edir. Yəni Azərbaycan heç bir bloku seçmir, güc mərkəzlərinin birinin yanında digərinə qarşı mübarizə aparmır.

Bakının indiki məqamda Pekinin yanında yer alıb Şərq blokuna qatılması inandırıcı deyil. Bu, Qərbi qarşımıza almaq deməkdir. Hesab edirəm ki, Azərbaycan Qərblə əməkdaşlıq kontekstində buna getməz. Hər nə qədər Qarabağ işğaldan azad olunsa da, Ermənistanla münaqişə davam edir. Yəni Bakı balans siyasətindən geri addım atmayacaq”, - o bildirib.

Politoloq Azərbaycanın Avropanın etibarlı enerji təminatçısı olduğunu qeyd edib:

“Bakı BRİKS-in iqtisadi dividentlərindən faydalanmaq üçün Asiya bazarına girməyə çalışır. Belə olan təqdirdə hansısa bloku seçməkdən söhbət belə gedə bilməz.

Rusiya-Ukrayna müharibəsi Qərbin Azərbaycana ehtiyacını artırıb. Hətta bu ehtiyac Qərbin sülh müqaviləsində Bakının maraqları çərçivəsində yanaşma sərgiləməsi ilə də özünü göstərir. Belə bir zamanda Bakının Pekinin yanında mövqe sərgiləməsi Avropa bazarına çıxışımızı bağlaya bilər. Azərbaycan üçün qlobal balans çox vacibdir və bu dəyişməz siyasi kursdur”.

Diaspora