Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borrel Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı zamanı Ukrayna Silahlı Qüvvələrinin Kurska hücumunu tam dəstəklədiyini bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə amerikalı diplomat “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. Onun sözlərinə görə, avqustun sonunda Aİ XİN və Müdafiə nazirliklərinin rəhbərləri ilə Ukraynaya dəstəyin gücləndirilməsini müzakirə edəcək.
“Dmitri Kulebaya dedim ki, Aİ Ukraynanın mübarizəsini tam dəstəkləyir. Gələn həftə Aİ xarici işlər və müdafiə nazirləri ilə Aİ-nin Ukraynaya dəstəyini necə gücləndirəcəyini müzakirə etmək üçün onunla Brüsseldə görüşməyi səbirsizliklə gözləyirəm”, - Borrel yazıb.
Qeyd edilib ki, avqustun 29-30-da Avropa İttifaqı ölkələrinin xarici siyasət və hərbi idarə rəhbərlərinin qeyri-rəsmi görüşünün keçirilməsi planlaşdırılır. Bundan əlavə, Borrel Kursk bölgəsinə hücumun "Rusiya təbliğatına güclü zərbə" olduğunu söyləyib.
QAZİLER.AZ