ABŞ prezidenti Co Bayden Demokratlar Partiyasının Çikaqoda keçirilən Milli Konvensiyasında çıxış edərək prezident kimi fəaliyyətinə yekun vurub.
Qaziler.az bildirir ki, bu barədə “Ukraynanın Səsi” xəbər verir. Bayden uğurları arasında Ukraynanı və onun Rusiya təcavüzünə qarşı müqavimət göstərmək qabiliyyətini qeyd edib.
Bayden vurğulayıb ki, nə o, nə də onun varisi Kamala Harris Putinə baş əymək niyyətində deyil:
"Tramp Putinin qarşısında diz çökəcək. Mən bunu heç vaxt etməmişəm və sizə söz verirəm ki, Kəmalə Harris də bunu heç vaxt etməyəcək. Putin üç günə Kiyevi ala biləcəyini düşünürdü. Üç il keçib, amma Ukrayna hələ də azaddır".
QAZİLER.AZ