Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri tarixi olub.
Qaziler.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov teleqram kanalında bildirib. Onun sözlərinə görə, o, Rusiyanın regiondakı əsas müttəfiqində dəyişiklik qeydə alıb.
“Putinin Azərbaycana səfəri niyə tarixi oldu? Çünki bu səfər Rusiyanın Cənubi Qafqazdakı əsas müttəfiqinin dəyişdiyini qeyd edir. 30 ildən artıqdır ki, Ermənistan Rusiyanın əsas müttəfiqi olub”, - Markov yazıb.
Politoloq qeyd edib ki, hazırda İrəvan buna uyğun olaraq ermənipərəst və antiazərbaycan mövqe tutan Qərbin tərəfinə keçmək qərarına gəlib. Ekspert hesab edir ki, bu baxımdan Moskva və Bakı son üç ildə yaxınlaşmağa başlayıb.
Qeyd edək ki, avqustun 18-də Rusiya lideri Vladimir Putinin Bakıya ikigünlük səfəri baş tutub. Putinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı bir sıra sənədlər imzalanıb.
QAZİLER.AZ