Rusiya XİN: Ermənistan Qərbin qarmağına keçib

Rusiya XİN: Ermənistan Qərbin qarmağına keçib backend

Moskva ümid edir ki, İrəvan ABŞ və Avropa İttifaqını sevindirmək üçün ölkə üçün faydalı olan AİB (Avropa İqtisadi Birliyi) ilə əməkdaşlıqdan əl çəkməyəcək.

Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan “RİA Novosti”yə açıqlamasında səsləndirib.

İrəvanın Avropa İttifaqı və NATO ilə yaxınlaşma siyasətini şərh edən diplomat deyib ki, ölkə Qərbin qarmağına keçib.

“Moskva ilə İrəvan arasında AİB çərçivəsində münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Aşkar olanı müşahidə etmək üçün iqtisadiyyat və ya siyasət üzrə mütəxəssis olmağa ehtiyac yoxdur – ittifaq İrəvan üçün faydalıdır”, - Aqasandyan bildirib.

Aqasandyan bundan əvvəl bəyan etmişdi ki, Ermənistanda sabitliyin təminatçısı KTMT və Rusiyadır və respublika üçün alternativ variant yoxdur.

QAZİLER.AZ

Diaspora