Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərinin nəticələri Moskva ilə Bakı arasında əməkdaşlığın strateji xarakterini təsdiqlədi.
Qaziler.az xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski “NEWS.ru”ya müsahibəsində deyib. Onun sözlərinə görə, Rusiya tərəfi növbəti dəfə özünü Zaqafqaziyadakı vəziyyətin həllində effektiv vasitəçi kimi elan edib.
“Azərbaycan ilk növbədə humanitar və iqtisadi qarşılıqlı fəaliyyət sahələrində özünü etibarlı tərəfdaş kimi sübut edir. Əminəm ki, Bakının BRİKS-ə qoşulmaq istəyi də uğura məhkumdur. Və belə bir təşəbbüsün Rusiya prezidentliyi dövründə elan edilməsi simvolikdir”, - Slutski bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və nümayəndə heyəti dar və geniş tərkibdə danışıqlar aparmaq üçün Azərbaycana səfər edib.
QAZİLER.AZ