Azərbaycan Respublikasının Milli Məclisinə 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Əflatun Amaşov Saatlı rayonunun Azadkənd, Sarıcalı və Əliabad kəndinin seçiciləri ilə görüşüb. Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlunun, veteran jurnalist Məzahir Süleymanzadənin, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının iştirak etdiyi görüşlərdə seçicilərə deputatlığa namizəd Əflatun Amaşovun ömür yolu, fəaliyyəti barədə geniş məlumat verilib.
Ə.Amaşov həmçinin bildirib ki, deputatlığa namizəd kimi seçki platformasında yer alan başlıca müddəalardan biri də Azərbaycan həqiqətlərinin təbliğidir. “Əlbəttə, Milli Məclisin deputatı seçiləcəyim təqdirdə qatılacağım beynəlxalq tədbirlərdə bu işi həyata keçirəcəm. Xüsusən də Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə durmadan çatdırılmasına böyük ehtiyac var.Ancaq hesab edirəm ki, bu işə daha fundamental yanaşma mediadan keçir. Mütərəqqi ənənərə malik Azərbaycan mediasının fəaliyyətinin bir qədər də təkmilləşməsi, yeni çalarlar əldə etməsi qanunvericilik təşəbbüslərindən də asılıdır”, - deyən Ə.Amaşov fikrinə aydınlıq gətirib.