Belarus prezidenti: Qərb münaqişələri alovlandırmaqla məşğuldur

Belarus prezidenti: Qərb münaqişələri alovlandırmaqla məşğuldur backend

“Qərb hər zaman olduğu kimi milyonlarla insanın məcburi köçkün düşməsinə səbəb olan münaqişələri alovlandırmaqla məşğuldur”.

QAZÌLER.AZ  APA-ya istinadən verdiyi xəbərə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Qlobal Cənubun Səsi” adlı sammitdə bildirib.

O həmçinin, Qərbin hökmran olduğu dövrün başa çatdığını söyləyib. Bildirib ki, Cənub və Şərq ölkələri qlobal tərəqqinin və iqtisadi gücün mərkəzinə çevrilir.

Belarus lideri baş verənlərin səbəbini Qlobal Qərbin faydalı qazıntılara malik inkişaf etməkdə olan ölkələrin təbii resurslarını qəsb etmək istəyi ilə əsaslandırıb:

“Qərb inkişaf etməkdə olan ölkələrin faydalı qazıntılarını onların dəyərinə ekvivalent olmayan vasitələrlə əvəzləşdirmək siyasətini yeridir. Bu gün dünyanın bir çox nöqtəsində gedən müharibələr transmilli korporasiyaların gəlirinin ağlasığmaz templə artmasına səbəb olur. Silahlanma yarışı da misilsiz templə davam edir. Bu gün inkişaf etməkdə olan ölkələr başa düşməlidir ki, dayanıqlı sülh olmadan və qlobal münaqişələr həll edilmədən tərəqqidən danışmaq mümkün deyil. Təqribən 50 ildən artıqdır ki, dünya miqyasında müstəmləkəçilik sistemi süquta uğrasa da bu amil üçüncü dövlətlərin gerçək azadlığa qovuşması ilə nəticələnməyib. Müstəmləkədən azad olan dövlətlərin bir vaxtlar tabeliyində mövcud olduqları ölkələrdən iqtisadi və texnoloji asılılığı indi də davam edir”

Diaspora