Şoyqu gecə ikən İrandan Bakıya buna görə gəlib – Erməni KİV

Şoyqu gecə ikən İrandan Bakıya buna görə gəlib – Erməni KİV backend

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra İrana gedən Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu orada təhlükəsizlik səbəbindən qalmayıb.

QAZÌLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, Şoyqu Haniyənin öldürülməsindən sonra İran Prezidenti ilə danışıqlar üçün avqustun 5-i Tehrana səfər edib. Həmin gün Prezident Məsud Pezeşkianla görüşüb və dərhal İranı tərk edib.

İddiaya görə, Şoyqu sui-qəsdə məruz qalan Haniyənin ölümündən sonra Tehranda qalmaq istəməyib. Onun bu səbəbdən həmin gün səfəri bitirib Azərbaycana yola düşdüyü deyilir.

“Şoyqu regionun ən təhlükəsiz şəhəri hesab olunan Bakıda qalmağa üstünlük verib. Səhəri gün – avqustun 6-sı isə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, daha sonra Rusiyaya qayıdıb”, – “Hraparak” qeyd edib.

Diaspora