Ermənistanın sabiq müdafiə naziri, keçmiş kəşfiyyat xidməti rəisi, hazırda Ümumerməni Cəbhəsi hərəkatının lideri olan Arşak Karapetyanın Livanın “Al-Ahed News” portalına müsahibəsində Ermənistan hökumətindən Dağlıq Qarabağın müstəqilliyini tanımağı tələb edib.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, Karapetyan keçmiş qondarma “dqr”i Fələstinlə müqayisə edib: “Ermənistan rəhbərliyi Fələstini tanıyıbsa, Dağlıq Qarabağın müstəqilliyini necə tanımasın?”
Bundan sonra o, Ermənistan Konstitusiyasının Dağlıq Qarabağla bağlı müddəasını xatırladır: ”Ermənistan Konstitusiyasında açıq şəkildə göstərilir ki, Ermənistan dövləti Dağlıq Qarabağın qarantıdır, ona görə də, Ermənistan hökumət başçısının qərarı Konstitusiyanın kobud şəkildə pozulmasıdır. Ermənistanda da bu bölgə ilə bağlı hər şey, o cümlədən bütün xəritələr kitabxanalardan, məktəb dərsliklərindən silinib. Dağlıq Qarabağ anlayışı məhz qorxaq adamın xəyanətinə haqq qazandırmaq üçün silinir. O, qorxaq adam Paşinyandır. Təəssüf ki, ermənilər üçün Dağlıq Qarabağı itirmək vətənlərini itirməyə bərabərdir. Bu ərazi kiçik olsa da, Vətən idi. Biz nəinki coğrafi ərazidən imtina etdik, həm də Vətənimizi tərk etdik” .
Karapetyan daha sonra Zəngəzur dəhlizi barədə müzakirələrə toxunur, 80-ci illərdən bəri dövriyyəyə buraxılmış fikri təkrarlayır: “Bu dəhliz sadəcə yol deyil, ciddi geosiyasi dəyişiklikdir. Bu dəhliz Orta Asiyadan Türkiyəyə qədər türk xalqlarını birləşdirir, bəs bölgə üçün hansı riski var?”
Sabiq nazir ABŞ-ı ittiham edir, dəhlizin Vaşinqtonun marağında olduğunu deyir: “Bu gün onların Nikol Paşinyanı var, sabah isə Karapetyan ola bilər!”
Daha sonra o, İran, Ermənistan, Rusiya, Livan, İraq, Yəmən və Fələstindən ibarət yeni hərbi ittifaq yaratmağı təklif edir