ABŞ-də prezidentliyə namizədi Donald Tramp “Fox Business” telekanalına müsahibəsində deyib ki, ruslar məhbusların mübadiləsi üçün əla sövdələşmə ediblər.
Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, eyni zamanda, o, ABŞ vətəndaşlarının da evə qayıtması faktını əsas gətirərək, bu məsələdə əvvəllər etdiyi kimi Amerika hakimiyyətini tənqid etməkdən imtina edib.
"Ruslar əla sövdələşmə ediblər. Mən onları tənqid etmək fikrində deyiləm, çünki onların [amerikalı məhbusların] evdə olması yaxşı haldır, lakin Rusiya hakimiyyəti fenomenal sövdələşməyə imza atıblar”, - Tramp deyib.
Qeyd edək ki, bundan əvvəl Tramp hazırkı Amerika lideri Co Bayden administrasiyasından Rusiya ilə ABŞ arasında məhbus mübadiləsinin necə baş verdiyi barədə daha ətraflı məlumat verməsini tələb edib. Siyasətçinin sözlərinə görə, danışıqları aparanlar Vaşinqtonu həmişə yöndəmsiz vəziyyətə salıblar.
QAZİLER.AZ