ABŞ İrandan Haniyənin qətlinə görə cavab verməməyi XAHİŞ ETDİ

ABŞ İrandan Haniyənin qətlinə görə cavab verməməyi XAHİŞ ETDİ backend

ABŞ-nin dövlət katibi Antoni Blinken İrana mesaj göndərərək, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab verməməyi xahiş edib.

Qaziler.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“İyulun 31-də Blinken Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tanidən İran və Livan Hizbullahına mesajlar çatdırmasını istəyib”, – jurnalistlər bildirib.

Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Taninin İrana mesajı çatdırmağa razı olduğu dəqiqləşib.

Qeyd edək ki, İsmayıl Haniyə iyulun 31-də səhər tezdən Tehranda silahlı hücum zanaı öldürülüb. O, İranın paytaxtında seçilmiş prezident Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak edib. Onun öldürülməsində İran İsraili günahlandırır.

QAZİLER.AZ

Diaspora