HƏMAS liderinin ölümü İran üçün problemə çevrilib - ŞƏRH

HƏMAS liderinin ölümü İran üçün problemə çevrilib - ŞƏRH backend

HƏMAS liderlərindən biri İsmayıl Haniyənin Tehranda ölümü İran kəşfiyyat xidmətlərinin böyük uğursuzluğunun nəticəsidir. Mərhumun hərəkatda xarici işlər naziri ilə müqayisə oluna bilən vəzifəsi var idi, onun ölümü danışıqları çətinləşdirəcək.

Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Vladimir Sajin paylaşıb.

Xarici işlər naziri postu ilə müqayisə oluna bilən vəzifəni tutan Haniyənin öldürülməsi danışıqlar prosesini həqiqətən də kəskinləşdirdi.

"O, İsraillə həm əsirlərin mübadiləsi, həm də mövcud münaqişənin həlli ilə bağlı danışıqlarda iştirak edib. Onun varisi bu əlaqələri bərpa etməli olacaq. Lakin bu, sürətli proses deyil”, - Sajin bildirib.

Onun sözlərinə görə, HƏMAS Siyasi Büro rəhbərinin ölümü İran kəşfiyyat xidmətlərinin böyük uğursuzluğu olub. Ekspert xatırladıb ki, Haniyə Tehran prezidentinin andiçmə mərasiminə dəvət olunub.

Qeyd edək ki, HƏMAS lideri Haniyə İranın paytaxtı Tehranda atəşə tutulub. Zərbə birbaşa onun iqamətgahına dəyib. Siyasi Büro rəhbərinin mühafizəçilərindən biri də dünyasını dəyişib. Fələstin hərəkatının nümayəndələri Haniyənin ölümünü rəsmən təsdiqləyib və onun ölümündə İsraili günahlandırıblar.

QAZİLER.AZ

Diaspora