Slovakiyanın baş naziri Robert Fitso bildirib ki, Ukraynadakı münaqişə hazırda sülh yolu ilə həll edilməlidir.
Qaziler.az xəbər verir ki, siyasətçi bu barədə “Facebook” sosial şəbəkəsində müraciətində qeyd edib. Onun bəyanatı Kiyevin Rusiya neftinin Avropa ölkələrinə tranzitini dayandırmaq qərarının müzakirəsi fonunda verilib.
“Rusiya neftinin Ukrayna tranziti ilə bağlı problem bizim (Slovakiya) Ukraynadakı müharibəyə münasibətimizi dəyişə bilməz. Ona dərhal atəşkəslə son qoyulmalı, Rusiyanı diz çökdürmək kimi qeyri-real məqsəd və tacirlərin cibini daha da doldurmaq kimi genişləndirilməməlidir”, - deyə Fitso bildirib.
QAZİLER.AZ