Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağında hərbi əməliyyatını davam etdirməsinə beynəlxalq reaksiyadan hiddətlənib. Onun sözlərinə görə, Fələstin anklavında baş verən humanitar fəlakətdə iştirak edən İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-da alqışlanır.
Qaziler.az bu barədə TRT istinadla məlumat verir.
“Bu, ağıl və vicdanın tutulmasıdır. Bu nə məsələdir? Bunu başa düşmək mümkündürmü? Demokratiya haradadır? Azadlıq haradadır? İnsan haqları haradadır?”, - Ərdoğan qeyd edib.
O əlavə edib ki, ABŞ-da Netanyahunun şərəfinə “alqış təntənəsi” keçirilir, İsrail isə Vaşinqtonun bəyan etdiyi dəyərləri, o cümlədən insan hüquqlarının müdafiəsini tapdalayır. Ərdoğan həmçinin Qəzzada 10 aya yaxındır ki, soyqırımın davam etdiyini və dayandırılmasının mümkün olmadığını vurğulayıb.
QAZİLER.AZ