Avropa İttifaqı Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin edib

Avropa İttifaqı Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin edib backend

Avropa İttifaqı Şurası Maqdalena Qrononu Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndə təyin edib.

"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, M.Qrono səlahiyyət müddəti avqustun 31-də başa çatacaq Toivo Klaarı əvəz edəcək və o, sentyabrın 1-də vəzifəsinin icrasına başlayacaq.

"O, BMT və ATƏT ilə sıx koordinasiya şəraitində Gürcüstandakı böhran da daxil olmaqla münaqişələrin sülh yolu ilə həllinə və Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə töhfə verəcək",-məlumatda qeyd olunub.

Diaspora