Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov İsrailin baş naziri Benyamin Netanyahunun Yaxın Şərqdə NATO-ya bənzər alyans yaratmaq təklifini şərh edib.
Qaziler.az bu barədə “RİA-Novosti”yə istinadla xəbər verir.
“Biz belə bir təşəbbüsün təfərrüatlarını başa düşməliyik. Bu hansı ölkələrin ittifaqıdır? Fakt budur ki, NATO-nun tamamilə açıq şəkildə qarşıdurma oriyentasiyası var... Bizə Yaxın Şərqdə qarşıdurma mexanizmləri lazımdırmı? Düşünmürəm... Ancaq bir şeyə yekun vurmazdan əvvəl cənab Netanyahunun əsaslandırmasının təfərrüatlarını başa düşməliyik”, - Kremlin sözçüsü bildirib.
İyulun 24-də ABŞ Konqresində çıxış edən Netanyahu deyib ki, ABŞ və İsrail İrandan gələn “təhdid”ə qarşı NATO kimi ittifaq yaratmalıdır.
QAZİLER.AZ