"Almaniya hakimiyyəti Bundesver qoşunlarını Ukraynaya göndərməyəcək".
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Almaniyanın Saarbrükken şəhərində vətəndaşlarla söhbəti zamanı deyib.
Onun sözlərinə görə, Berlin NATO ilə Rusiya arasında “müharibəyə səbəb olacaq heç nə etməyəcək”.
“Mən Ukraynaya əsgər göndərmirəm. Mən rus təyyarələrini və raketlərini alman pilotları və alman qırıcıları tərəfindən vurmayacağam. Xeyr, biz bunu etməyəcəyik ", - Şolts deyib.
QAZİLER.AZ