“Əgər Kiyev həqiqətən Ukrayna münaqişəsinə son qoymaq istəyirsə, Rusiyadan gələn tələbləri nəzərə almalı olacaq”.
Qaziler.az xəbər verir ki, bunu Politoloq Vladimir Kornilov “NEWS.ru”ya müsahibəsində deyib. Onun fikrincə, Rusiya prezidenti Vladimir Putinin səsləndirdiyi şərtlərlə ABŞ prezidentliyinə namizəd Donald Trampın komandasının ritorikası arasında oxşarlıqlar var.
“Vitse-prezidentliyə namizəd Cey DiVens hazırda mövcud olan cəbhə xəttində münaqişənin dondurulmasından, Ukraynanın neytrallığının məcburi şəkildə tanınmasından danışıb. Bu, əsasən Rusiya tərəfinin təklif etdiyinə uyğundur. Deməli, söhbət dialoqdan gedirsə, Kiyev istəsə də, istəməsə də, Rusiyanın mövqeyi nəzərə alınacaq”, - deyə politoloq yekunlaşdırıb.
Kornilov əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin administrasiyası Trampın ABŞ seçkilərində qələbəsindən qorxur. Buna görə də Kiyev noyabra qədər, yəni ABŞ-da səsverməyə qədər Ukrayna üzrə ikinci “sülh sammiti”ni keçirməyə ümid edir.
QAZİLER.AZ