Peskov: "Ermənistan qardaş ölkədir"

Peskov: "Ermənistan qardaş ölkədir" backend

“Rusiya Ermənistanı qardaş ölkə kimi qəbul edir”.

Qaziler.az “RİA-Novosti”yə istinadla xəbər verir ki, bunu Kremlin nümayəndəsi Dmitri Peskov deyib.

“Ermənistan suveren ölkədir və qarşılıqlı fəaliyyətin prioritet sahələrini özü seçir. Bizim üçün Ermənistan bizim müttəfiqimizdir, qardaş ölkədir, biz belə axtarışlara hörmətlə yanaşırıq, lakin bu axtarışların vaxtilə Kiyev rejiminin seçdiyi rejimdə aparılmasını istəməzdik”, - Peskov qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanda keçirilən Vaşinqton və İrəvan arasında “Eagle Partners” hərbi təlimlərinin bu ölkənin gələcəyi ilə bağlı narahatlıq doğurduğunu bildirib.

QAZİLER.AZ

Diaspora