Zelenskinin danışıqları çətinləşdirən iki nüansı açıqlanıb

Zelenskinin danışıqları çətinləşdirən iki nüansı açıqlanıb backend

“Ukrayna prezidenti Volodimir Zelenskinin legitimliyi məsələsi sülh prosesini çətinləşdirəcək”.

Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Yeni Media festivalında bildirib. Bundan əlavə, o xatırladıb ki, dialoqa Zelenskinin Rusiya lideri Vladimir Putinlə danışıqlara qadağa qoyması mane olur.

“Hazırda bu [Zelenskinin legitimliyi], şübhəsiz ki, problem olaraq qalır, necə ki, Ukrayna prezidentinin prezident Putinlə danışıqları qadağan edən fərmanı problem olaraq qalır. Bunlar sülh prosesini xeyli çətinləşdirə biləcək amillərdir”, - Peskov qeyd edib.

Kreml nümayəndəsi qeyd edib ki, Rusiya Ukrayna nizamlanması üçün sülh prosesindən heç vaxt imtina etməyib və dialoqa hazırdır. Eyni zamanda o, Volodimir Zelenskinin legitimliyini açıq-aşkar itirdiyini vurğulayıb.

QAZİLER.AZ

Diaspora