Ərdoğan və Bəşər Əsəd Moskvada görüşə bilər

Ərdoğan və Bəşər Əsəd Moskvada görüşə bilər backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsəd arasında görüş avqustda Moskvada baş tuta bilər.

Qaziler.az xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü “Daily Sabah” qəzeti mənbəyə istinadən yazıb.

"Ərdoğan və Əsəd arasında ilk görüşün (dövlət başçıları statusunda) Moskvada keçirilməsi planlaşdırılır. Bu, avqustda baş tuta bilər", - mənbə bildirib.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin bu danışıqlarda vasitəçi kimi çıxış edə bilər. Bundan əlavə, İraqın baş naziri Məhəmməd əl-Sudaniyə də dəvət göndəriləcəyi istisna edilmir.

QAZİLER.AZ

Diaspora