Avropa İttifaqı Ermənistanla viza rejiminin ləğvi ilə bağlı danışıqlara başlamaq qərarına gəlib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Cosep Borrel Aİ xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Borrelin sözlərinə görə, nazirlər Ermənistanla bağlı iki tarixi qərar qəbul ediblər. Birincisi, vizanın ləğvi ilə bağlı danışıqların başlanmasından bəhs edir. İkincisi, Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro dəyərində hərbi yardım göstərilməsi proqramının təsdiqi haqqındadır.
Qeyd edilib ki, hazırda proqramda İrəvana silah verilməsi nəzərdə tutulmur, söhbət Ermənistan ordusu üçün çadırlardan gedir.
QAZİLER.AZ