ABŞ Yaponiyanı nüvə silahı ilə müdafiə edəcəyini BƏYAN ETDİ

ABŞ Yaponiyanı nüvə silahı ilə müdafiə edəcəyini BƏYAN ETDİ backend

“ABŞ nüvə silahı da daxil olmaqla istənilən vasitələrdən istifadə edərək Yaponiyanı müdafiə etməyə hazırdır”.

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink deyib. O, ABŞ dövlət katibi Entoni Blinkenin Asiya-Sakit okean regionu ölkələrinə gözlənilən səfəri bu cür şərh edib:

"Yaponiyalı müttəfiqlərimizin qarşısında təhlükəsizlik müqaviləsi öhdəliklərimiz toxunulmazdır və biz bu öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün nüvə də daxil olmaqla, Amerikanın ixtiyarında olan bütün vasitələrdən istifadə etməyə sadiqik", - Daniel Kritenbrink deyib.

Məlumatda qeyd edilib ki, bir gün əvvəlYaponiyanın Yomiuri nəşri ABŞ-ın ilk dəfə olaraq Yaponiyanı nüvə silahı ilə müdafiə etməyə hazır olduğunu sənədləşdirəcəyini yazıb.

Qeyd edək ki, 1960-cı ildə ABŞ nüvə silahı ilə bağlı Yaponiya ilə gizli müqavilə bağlayıb.

QAZİLER.AZ

Diaspora