ABŞ indi Rusiyaya qarşı Ermənistan kartı ilə oynamağa çalışır - Türkiyə KİV

ABŞ indi Rusiyaya qarşı Ermənistan kartı ilə oynamağa çalışır - Türkiyə KİV backend

ABŞ Ermənistanda Rusiyaya qarşı cənub cəbhəsi açmaq istəyir.

Qaziler.az xəbər verir ki, bu barədə “Cümhuriyət” nəşri yazı dərc edib.

Nəşrin yazdığına görə, artıq ölkənin xarici işlər naziri Ararat Mirzoyan NATO sammitinin tədbirinə dəvət olunub. Bundan başqa, ABŞ-nin Ermənistan Müdafiə Nazirliyində öz nümayəndəsi var.

“İndi ABŞ erməni kartı ilə oynamağa çalışır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO-nun Vaşinqtonda keçirilən sammitinin tədbirlərinə dəvət olunub. Daha sonra ABŞ ordusunun Ermənistan Müdafiə Nazirliyində nümayəndəsinin olması ilə bağlı sual yaranıb. ABŞ dövlət katibinin müavini Uzra Zeya bu xəbəri təsdiqləyib və ABŞ ilə Ermənistan arasında münasibətlərdə “yeni strateji mərhələnin başladığını” elan edib”, - nəşr qeyd edib.

QAZİLER.AZ

Diaspora