Şamil Ayrım: Zəngəzur dəhlizi region ölkələri ilə yanaşı, Çin üçün də böyük əhəmiyyət daşıyır

Şamil Ayrım: Zəngəzur dəhlizi region ölkələri ilə yanaşı, Çin üçün də böyük əhəmiyyət daşıyır backend

Dünya iqtisadiyyatında böhran böyüdükcə Zəngəzur dəhlizinin açılışı məsələsi də o qədər aktuallaşmağa başlayır. Bu dəhliz hazırda region ölkələri ilə yanaşı, Çin üçün də böyük əhəmiyyət daşıyır.

Bunu "Report"un Ankara bürosuna açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib.

O qeyd edib ki, 44 günlük müharibənin qələbə ilə nəticələnməsindən sonra Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan tərəfindən bir çox işlər həyata keçirildi, dəmir yollarının inşası artıq bitmək üzrədir:

"Bu xoşməramlı fəaliyyətlərə ilk vaxtlar Ermənistanın əks-təpkisi olsa da, Azərbaycan və Türkiyə tərəfinin əzmli duruşu, xüsusilə Prezident İlham Əliyevin məntiqli və diplomatik danışıqları Ermənistanı dəhlizin bu ölkəyə çox böyük fayda gətirəcəyinə əmin etdi. Qərbin, xüsusilə Afrikadan qovulan Fransanın və erməni diasporunun “suları bulandırma” cəhdləri də artıq onlar tərəfindən gözlənilən nəticəni vermir. Zəngəzur dəhlizinin Türk dünyasına verəcəyi töhfə, cənab Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikri, Türkiyənin Asiya ölkələri ilə əməkdaşlığını genişləndirməsi, ən son Şanxay zirvəsinə Türkiyənin də qatılması Qərbi hər nə qədər əndişləndirsə də, haqq təbii axarı ilə Şərqin də, Qərbin də - hər kəsin xeyrinə olacaq şəkildə bərqərar olur".

Ş.Ayrım onu da bildirib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanla Türkiyə arasında, eləcə də Türk dünyasında ticarətdən iqtisadiyyata, sənayeyə, təhsilə, kommunikasiyaya, texnologiyalardan səhiyyə xidmətlərinə qədər inkişafda açar rolu oynayacaq.

Diaspora