Rusiya kimin ABŞ prezidenti olacağına üstünlük vermir.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Bizim şəxsiyyətlərə üstünlük vermədiyimizi və heç vaxt başqalarının seçkilərinə qarışmadığımızı nəzərə alsaq, bu mövzuda söhbət yersizdir”, - nazir müavini deyib.
Ryabkov vurğulayıb ki, hazırda bu və ya digər namizədin ABŞ prezidenti seçilmək şansları barədə danışmaq hələ tezdir. Bununla belə, seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, ABŞ çətin ki, Ukraynada baş verənlərə münasibətini dəyişsin, nazir müavini qeyd edib.
QAZİLER.AZ