İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti ilə söhbət edib

İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti ilə söhbət edib backend

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində İsveçrə Konfederasiyasının Prezidenti Viola Amher ilə söhbət edib.

"Report"un Londona ezam olunan əməkdaşının verdiyi xəbərə əsasən, söhbət zamanı Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlər və regional sülh gündəliyinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

İsveçrə şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfəsi müzakirə olundu.

Söhbət zamanı COP29 və iqlim dəyişmələri ətrafında fikir mübadiləsi aparıldı.

Diaspora