Lavrov: İran İsraillə eskalasiyada maraqlı deyil

Lavrov: İran İsraillə eskalasiyada maraqlı deyil backend

“Həm İranın əvvəlki rəhbərliyinin, həm də yeni seçilmiş prezidentin verdiyi bəyanatlar çox məsuliyyətli mövqeyi əks etdirir. İran eskalasiyada maraqlı deyil”.

Qaziler.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində ABŞ-a səfərindən sonra keçirilən mətbuat konfransında deyib.

“Əgər ABŞ və Avropa da daxil olmaqla, analitikləri oxusaq, praktiki hadisələrin göstərdiyi kimi, İsrail eskalasiyada maraqlıdır. Hizbullah böyük təmkinlə hərəkət edir. Onun lideri Nəsrullah bu mövqeyi təsdiqləyən bir sıra ictimai bəyanatlar verib. Amma hiss olunur ki, onlar Hizbullahı tam miqyaslı işlərə təhrik etmək istəyirlər”, - Lavrov bildirib.

Onun sözlərinə görə, belə bir təxribatın məqsədi, analitiklərin də dediyi kimi, ABŞ-ı öz silahlı qüvvələri ilə bu münaqişədə birbaşa iştiraka cəlb etməkdir.

QAZİLER.AZ

Diaspora