YAP İdarə Heyətinin iclasında partiya namizədlərini irəli sürüb.
Apa xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü Musa Quliyev iclasdan sonra bildirib.
“Siyahı bu gün dərc olunacaq. Hamısı uğurlu namizəddir. Partiyamızın sədrinə hamımız minnətdarlığımızı bildirdik, etimadı doğruldacağımıza söz verdik. Çalışacağıq ki, xalqımızla bir yerdə növbəti 5 ildə də ölkəmizi, qanunverici hakimiyyətimiz daha da inkişaf etdirək, xalqımızın etimadını doğruldaq”.
O, siyahıda dəyişiklik olduğunu deyib: “Siyahıda gənclər və xanımlar da var, veteranlar da qayıdır”.