Dövlət Komitəsində ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüş keçirilib

Dövlət Komitəsində ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüş keçirilib backend

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı İdarəsinin (BDAİ) beynəlxalq dini azadlıqlar və xüsusi tapşırıqlar üzrə səfirinin müavini Ceyson Maklarni ilə görüşüb.

QAZÌLER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, ölkəmizdəki tolerantlıq və həmrəylik mühiti barədə danışan sədr müavini bildirib ki, bu mühitin qorunması və möhkəmləndirilməsi, insanların dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dini təhlükəsizliyin bərqərar olması dövlətin qarşısında duran başlıca vəzifələrdən biridir. Azərbaycanda bütün dini konfessiyalar hərtərəfli diqqət və qayğı ilə əhatə olunub, zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək şəkildə fəaliyyət göstərməyən bütün dini icmalara zəruri şərait yaradılıb. Həmçinin hər il dövlət büdcəsindən ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədilə həm İslam, həm də qeyri-islam dini icmalarına maliyyə yardımı ayrılır. Gündüz İsmayılov vurğulayıb ki, bu gün Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına, hərbi-siyasi potensialına görə deyil, eyni zamanda vicdan azadlığının və multikultural mühitin təmin edilməsi, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin qorunması, eləcə də tarixi-dini abidələrin bərpasına görə regionun aparıcı dövlətidir.

Görüş zamanı ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı ilə bağlı 2023-cü il üzrə hesabatına da toxunan sədr müavini Azərbaycan reallıqlarının təhrif edildiyini diqqətə çatdırıb.

Ətraflı məlumata görə minnətdarlığını bildirən qonaq dini qurumların qeydiyyatı, fəaliyyəti, habelə digər müvafiq məsələlərlə bağlı fikirlərini bölüşüb.

BDAİ-nin Şərqi və Cənubi Avropa ölkələri üzrə müşaviri Sonya Fernandes, ABŞ-nin Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri Dayana Braun və Dövlət Komitəsinin rəsmilərinin iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Diaspora