Ukrayna Qərbin hazırkı dəstəyi ilə öz nəzarətində qalan əraziləri saxlamağı bacararsa, bunu uğur hesab edə bilər.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Çexiya prezidenti Petr Pavel bildirib.
"İnanıram ki, əgər Ukrayna bütün köməyimizlə qalan ərazilərini nəzarətdə saxlaya bilsə, bu, artıq uğur sayıla bilər", - Çexiya lideri qeyd edib.
Pavel Vaşinqtonda çıxışı zamanı bildirib ki, yaxın gələcəkdə Rusiya Federasiyası ilə Ukrayna arasında hərbi təmas xəttində heç bir dönüş olmayacaq.
Çexiya lideri onu da qeyd edib ki, Kiyevin itirdiyi əraziləri qaytarmaq imkanı yoxdur. Ona görə də sülh sazişləri hazırlanarkən bu faktı nəzərə almaq lazımdır.
QAZİLER.AZ