"Qərb Rusiyaya münasibətində “odun üstünə yağ tökdü” - Ərdoğan

"Qərb Rusiyaya münasibətində “odun üstünə yağ tökdü” - Ərdoğan backend

Bəzi Qərb ölkələrinin Rusiyaya münasibəti yalnız “odun üstünə yağ tökdü”.

Qaziler.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Newsweek”ə şərhində deyib.

“Bəzi Qərb müttəfiqlərinin Rusiyaya qarşı münasibəti odun üstünə yağ tökdü. Bu, Ukraynaya xeyirdən çox zərər gətirdi”, - Ərdoğan deyib.

O, həmçinin bildirib ki, Türkiyə NATO-nun üzvü olsa da, Ankara ŞƏT və BRİKS ölkələri ilə qarşılıqlı fəaliyyətdə problem görmür.

Bundan əvvəl Ərdoğan Ukrayna və Qəzza zolağında münaqişələrə son qoymağın yollarının tapılmasının vacibliyini bir daha bəyan edib. Mövzu NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ilə danışıqlar zamanı qaldırıb.

QAZİLER.AZ

Diaspora