NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir.
Qaziler.az xəbər verir ki, bunu NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X”də yazıb.
O bildirib ki, NATO uzunmüddətli sülh sazişini dəstəkləyir.
X.Kolomina ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən NATO sammiti çərçivəsində Alyansla Azərbaycan arasında ikitərəfli əməkdaşlığın və sülh danışıqlarının hazırkı vəziyyətinin müzakirə olunduğunu xatırladıb.